Renat Dadaşovlu “Tondela” elita ilə vidalaşdı

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatında mövsümün sonuncu – 34-cü turu çərçivəsində “Boavişta” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. Tərəflər meydanı hərəyə 2 qol və 1 xalla tərk ediblər – 2:2. Renat bu görüşün 59-cu dəqiqəsində meydana buraxılıb.

“Tondela” 34 turda topladığı 28 xalla 18 kollektiv arasında 17-ci yeri tutub və aşağı liqaya düşüb. Millimizin hücumçusu geridə qalan mövsümdə Portuqaliya çempionatında meydana çıxdığı 30 oyunda cəmi 2 qol vurmağı bacarıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: