La Liqa: “Real”dan son oyunda heç-heçə

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2021/22 mövsümünün sonuncu turuna start verilib. Arena.az xəbər verir ki, 38-ci turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Çempion “Real” doğma meydanda “Betis”lə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Altı qolun qeydə alındığı “Rayo Valyekano” – “Levante” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.

Gələn mövsüm Çempionlar Liqasına vəsiqəni La Liqada 2-ci pilləni tutmaqla təmin edən “Barselona”nı isə bu tur “Kamp Nou”da “Vilyarreal”la qarşılaşma gözləyir.

İspaniya La Liqası
38-ci tur

20 may

Rayo Valyekano – Levante 2:4
Qol: A.Qarsiya, 18. Qvardiola, 61 – Melero, 26; 45+1. Marti, 44. Koke, 76.

Real – Betis 0:0

21 may

19:30. Valensiya – Selta

22 may

19:30. Elçe – Xetafe
22:00. Alaves – Kadis
22:00. Qranada – Espanyol
22:00. Osasuna – Mayorka
00:00. Barselona – Vilyarreal
00:00. Real Sosyedad – Atletiko
00:00. Sevilya – Atletik

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: