İtaliyanın “İnter” komandasının baş məşqçisi Simone İnzaqi Milan klubu ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yeni sözləşmənin müddəti 2023/24 mövsümünün sonunadək nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2023-cü ilin yayında başa çatacaqdı.
Simone İnzaqi 2021-ci ilin yayından “İnter”ə rəhbərlik edir. 46 yaşlı mütəxəssis bundan öncə “Latsio”da (2016-2021) baş məşqçi kimi çalışmışdı.


