Qarşıdakı mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” ilk transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, paytaxt klubu israilli futbolçu Ataa Caber ilə güclənib.
Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi 2 il müddətinə müqavilə bağlanıb. O, yeni komandasının heyətində 23 nömrəli formanı geyinəcək.
Ataa Caber karyerası ərzində İsrailin “Makkabi” (Hayfa, 2012-2017), “Bney Saxnin” (2015, 2017-2021) və “Aşdod” (2021-2022) klublarında çıxış edib. O, 2015-2016-cı illərdə İsrailin U-21 milli komandasının üzvü olub. Yarımmüdafiəçi 2016-cı ildə “Makkabi”nin heyətində İsrail Kubokunu qazanıb.


