Avropa Konfrans Liqasında meydan sahiblərinin günü: 1 qolla gələn qələbə

Futbol üzrə Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Finlandiya “İnter”i doğma meydanda Kosovonun “Drita” komandası ilə üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə minimal hesabla üstün olublar.

Farer adalarının “Vikinqur” komandası isə evdə Cəbəllütariq “Europa”sı ilə qarşılaşıb. Bu oyunda da meydan sahiblərinə qələbə üçün bir qol bəs edib.

Xatırladaq ki, ilk oyun günündə baş tutan “Qzira Yunayted” – “Atletik Eskaldes” və “Sent Cozefs” – “Larne” matçlarında qalib müəyyənləşməmişdi.

Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin qalan oyunları iyulun 7-də keçiriləcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
5 iyul

“Qzira Yunayted” (Malta) – “Atletik Eskaldes” (Andorra) 1:1

“Sent Cozefs” (Cəbəllütariq) – “Larne” (Şimali İrlandiya) 0:0

6 iyul

“İnter” (Finlandiya) – “Drita” (Kosovo) 1:0

“Vikinqur” (Farer adaları) – “Europa” (Cəbəllütariq) 1:0

7 iyul

“Alaşkert” (Ermənistan) – “Hamrun Spartans” (Malta)
“Laçi” (Albaniya) – “İskra” (Monteneqro)
“Buduçnost” (Monteneqro) – “Lapi” (Kosovo)
“Breydablik” (İslandiya) – “Santa-Koloma” (Andorra)
“Dinamo” (Minsk, Belarus) – “Deçiç” (Monteneqro)
“Poqon” (Polşa) – “Reykyavik” (İslandiya)
“Lexiya” (Polşa) – “Pandev Akademiyası” (Makedoniya)
“Liepaya” (Latviya) – “Gilyani” (Kosovo)
“Dunayska Streda” (Slovakiya) – “Kliftonvill” (Şimali İrlandiya)
“Tre Penne” (San Marino) – “Tuzla Siti” (Bosniya və Herseqovina)
“HB Torshavn” (Farer adaları) – “Nyutaun” (Uels)
“Sfintul George” (Moldova) – “Mura” (Sloveniya)
“Borats” (Bosniya və Herseqovina) – “B-36 Torshavn” (Farer adaları)
“Saburtalo” (Gürcüstan) – “Partizani” (Albaniya)
“Meqpays” (Cəbəllütariq) – “Kruseyders” (Şimali İrlandiya)
“Dinamo” (Tiflis, Gürcüstan) – “Payde” (Estoniya)
“Panevejis” (Litva) – “Milsami” (Moldova)
“KuPS” (Finlandiya) – “Dila” (Gürcüstan)
“Rujomberok” (Slovakiya) – “Jalgiris” (Litva)
“Olimpiya” (Lyublyana, Sloveniya) – “Differdanj” (Lüksemburq)
“Bala Taun” (Uels) – “Slayqo Rovers” (İrlanidya)
“Tre Fyori” (San Marino) – “Fola” (Lüksemburq)
“Şkendiya” (Şimali Makedoniya) – “Ararat” (Ermənistan)
“Floriana” (Malta) – “Petrokub” (Moldova)
“Flora” (Estoniya) – “Seynayoki” (Finlandiya)
“Derri Siti” (İrlandiya) – “Riqa” (Latviya)

Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: