La Liqa: “Osasuna” 5 oyuna 4-cü qələbəsini rəsmiləşdirdi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 5-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Almeriya” doğma meydanda “Osasuna” ilə qarşılaşıb. Bu görüşün taleyini bir qol həll edib. İlk yarıda hesabı açan “Osasuna” bu üstünlüyünü sonadək qoruyub və cari mövsümdə 4-cü qələbəsini rəsmiləşdirib.

Beləliklə, 5 turdan sonra maksimum nəticə göstərən yeganə komanda – son çempion “Real” 15 xalla vahid liderdir. “Barselona” 13 xalla ikinci pillədə qərarlaşıb. “Betis” və “Osasuna”nın isə 12 xalı var. “Vilyarreal”, “Atletik” və “Atletiko” da 5 oyuna 10 xal qazana bilib.

İspaniya La Liqası
5-ci tur
9 sentyabr

Jirona – Valyadolid 2:1
Qol: Reynier, 21. Romeu, 88 – Monçu, 38.

10 sentyabr

Rayo Valyekano – Valensiya 2:1
Qol: Palason, 5. Niko, 52-öz qapısına – Diakabi, 90+3.

Espanyol – Sevilya 2:3
Qol: Xoselu, 45+4-pen. Breytueyt, 62 – Lamela, 1. Karmona, 26; 45.

Kadis – Barselona 0:4
Qol: De Yonq, 55. Levandovski, 65; 86. Dembele, 90+2.

Atletiko – Selta 4:1
Qol: Korrea, 9. De Paul, 50. Karrasko, 66. Nunes, 82-öz qapısına – Veyqa, 71.

11 sentyabr

Real – Malyorka 4:1
Qol: Valverde, 45+3. Vinisius, 72. Rodriqo, 89. Rüdiger, 90+3 – Muriqi, 35.

Elçe – Atletik 1:4
Qol: Ponse, 59 – Merkau, 9-öz qapısına. Sanset, 14. Uilyams, 22. Berenger, 44.

Xetafe – Real Sosyedad 2:1
Qol: E.Ünal, 45+5. Alena, 48 – B.Mendes, 50.

Betis – Vilyarreal 1:0
Qol: Rodri, 61.

12 sentyabr

Almeriya – Osasuna 0:1
Qol: Avila, 28.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: