La Liqa: “Rayo Valyekano”dan “Elçe” üzərində əzmkar qələbə

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 7-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Rayo Valyekano” və “Elçe” komandaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Beləliklə, 7 turdan sonra “Barselona” və “Real” 19 xalla ilk iki pilləni bölüşürlər. “Atletik” 16 xalla üçüncü, “Betis” 15 xalla dördüncüdür. Madrid “Atletiko”su, “Osasuna” və “Real Sosyedad” isə geridə qalan turlarda 13 xal toplayıblar.

İspaniya La Liqası
7-ci tur
30 sentyabr

Atletik – Almeriya 4:0
Qol: İ.Uilyams, 10. Sanset, 17. N.Uilyams, 62. Vesqa, 84.

1 oktyabr

Kadis – Vilyarreal 0:0

Xetafe – Valyadolid 2:3
Qol: Mayoral, 29. D.Suares, 31 – Leon, 20; 37. Plano, 49.

Sevilya – Atletiko 0:2
Qol: Lyorente, 29. Morata, 57.

Malyorka – Barselona 0:1
Qol: Levandovski, 20.

2 oktyabr

Espanyol – Valensiya 2:2
Qol: Xoselu, 56. Darder, 83 – Paulista, 53. E.Comert, 90+6.

Selta – Betis 1:0
Qol: Veyqa, 9.

Jirona – Real Sosyedad 3:5
Qol: Rikelme, 23. A.Martines, 27. Kastelyanos, 48 – Sörlot, 8; 42. Mendes, 66. Zubimendi, 71. Kubo, 85.

Real – Osasuna 1:1
Qol: V.Junior, 42 – K.Qarsiya, 50.

3 oktyabr

Rayo Valyekano – Elçe 2:1
Qol: Kamelyo, 40. U.Lopes, 90+5 – Boye, 32.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: