Futbol üzrə Niderland Birinci Divizionunda 16-cı turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Telstar”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda darmadağınla qalib gəlib – 3:0.
Ozan Can Kökçü bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 4 qol vurmuş 23 yaşlı futbolçu hazırda Azərbaycan millisinin düşərgəsindədir.
“Eyndhoven” 16 oyuna topladığı 29 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə bu yay məhz “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.


