Türkiyə kubokunda 1/8 final mərhələsinin püşkü atıldı

Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, püşkatma nəticəsində “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”nın da növbəti rəqibləri müəyyənləşib.

Belə ki, “Qalatasaray” 1/8 finalda “Alanyaspor”la, “Fənərbaxça” “Rizəspor”la, “Beşiktaş” isə “Ankaragücü” ilə qarşılaşacaq.

Xatırladaq ki, Türkiyə kubokunda 1/8 final mərhələsinin qalibləri bir oyuna əsasən müəyyənləşəcək. Bu mərhələdə VAR sistemindən də istifadə ediləcək.

1/8 mərhələnin oyunları gələn il yanvarın 17-19-da keçiriləcək.

Türkiyə kuboku
1/8 final
17-19 yanvar

Alanyaspor – Qalatasaray
Qaziantep – Konyaspor
Sivasspor – Karacabəy Bələdiyyəspor
Ümraniyəspor – Trabzonspor
Fatih Karagümrük – Başakşəhər
Antalyaspor – Kayserispor
Fənərbaxça – Rizəspor
Ankaragücü – Beşiktaş

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: