Şahin Diniyev “Səbail”in baş məşqçisi təyin olundu

Şahin Diniyev “Səbail” komandasının yeni baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, təcrübəli mütəxəssislə 2023/24-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb. O, bu postda ötən gün istefa vermiş Mahmud Qurbanovu əvəz edib.

Xatırladaq ki, Şahin Diniyev daha əvvəl baş məşqçi kimi “Terek” (Qroznı, Rusiya), “Qarabağ”, “Kəpəz”, “Rəvan” komandalarını və Azərbaycan milli komandasını çalışdırıb. Mütəxəssis son olaraq AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərib.

“Səbail” bu mövsüm 18 oyuna cəmi 10 xal toplayıb və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. 2 qələbəsi, 4 heç-heçəsi olan “dənizçilər” 12 məğlubiyyətə üzülüblər. 13 qol vurmuş komanda öz qapısından 30 top çıxarıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: