Almaniyanın “Frayburq” klubunun mərkəz müdafiəçisi Keven Şlotterbek Bundesliqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonrakı karyerasını Bundesliqanın digər təmsilçisi “Bohum”da davam etdirəcək.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Almaniyalı futbolçunun bu mövsümün sonuna kimi icarə əsasında “Bohum”da çıxış edəcəyi diqqətə çatdırılıb.
Keven Şlotterbek 2017-ci ildən “Frayburq”da çıxış edir. O, bu komandada 53 oyuna çıxıb, 1 qola imza atıb. Müdafiəçi 2019-2020-ci illərdə “Union Berlin”də də icarədə oynayıb.


