Yanvarın 4-dən Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Qurban Qurbanovun komandası Polşa təmsilçisi “Rakuv” ilə qarşılaşıb.
Ağdam klubunun çalışdırıcısı Bakı vaxtı ilə saat 18:00-da başlayan bu oyunda aşağıdakı heyətə güvənib:
Əsas heyət: 89. Amin Ramazanov, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 12. Teymur Həsənov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 25. Adama Diakabi, 11. Ovusu Kvabena, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 90. Nəriman Axundzadə, 75. İbrahim Ağayarov, 32. Rəhim Cəfərli, 39. David Saenko.
Qarşılaşma Ağdam təmsilçisi üçün uğursuz alınıb. Belə ki, Azərbaycan çempionu üç cavabsız qolla məğlub olub.
Antalyanın Belek bölgəsindəki “Qloriya Sport”da məskunlaşan “Qarabağ” yanvarın 18-də daha iki yoxlama matçına çıxacaq. Belə ki, Qurbanov həmin gün yetirmələrini “Poqon” (Polşa) və “Çukariçki” (Serbiya) ilə oyunlarda sınaqdan keçirəcək.


