La Liqa: “Vilyarreal”la “Selta”dan hərəyə 1 qol və 1 xal

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 17-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Selta” doğma meydanda “Vilyarreal”la üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

17-ci turun “Betis” – “Barselona” və “Real” – “Valensiya” qarşılaşmaları fevral ayında keçiriləcək. Bu matçlar sözügedən komandaların İspaniya Super Kubokundakı çıxışına görə təxirə salınıb. Turun qalan qarşılaşmaları isə qarşıdakı günlərdə keçiriləcək.

İspaniya La Liqası
17-ci tur
13 yanvar

Selta – Vilyarreal 1:1
Qol: Larsen, 68 – Moreno, 15.

14 yanvar

17:00. Valyadolid – Rayo Valyekano
19:15. Jirona – Sevilya
21:30. Osasuna – Malyorka
00:00. Real Sosyedad – Atletik

15 yanvar

17:00. Xetafe – Espanyol
19:15. Almeriya – Atletiko

16 yanvar

00:00. Kadis – Elçe

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: