La Liqa: “Atletiko” səfərdə xal itridi, “Espanyol” qalib gəldi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 17-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Xetafe” – “Espanyol” matçında qonaqlar qalib gəliblər. Səfərdə “Almeriya” ilə qarşılaşan Madrid “Atletiko”su isə turu xal itkisi ilə başa vurub.

Bu turun “Betis” – “Barselona” və “Real” – “Valensiya” qarşılaşmaları bu komandaların superkubokdakı çıxışına görə təxirə salınıb.

Tura sabah keçiriləcək “Kadis” – “Elçe” matçı ilə yekun vurulacaq.

İspaniya La Liqası
17-ci tur
13 yanvar

Selta – Vilyarreal 1:1
Qol: Larsen, 68 – Moreno, 15.

14 yanvar

Valyadolid – Rayo Valyekano 0:1
Qol: Palazon, 65.

Jirona – Sevilya 2:1
Qol: Stuani, 46. Herrera, 88 – Nyanzu, 13.

Osasuna – Malyorka 1:0
Qol: Oroz, 47.

Real Sosyedad – Atletik 3:1
Qol: Sorlot, 25. Kubo, 37. Oyarzabal, 62 – Sanset, 40.

15 yanvar

Xetafe – Espanyol 1:2
Qol: E.Ünal, 7 – Xoselu, 6. Puado, 62.

Almeriya – Atletiko 1:1
Qol: Ture, 37 – Korrea, 18.

16 yanvar

00:00. Kadis – Elçe

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: