Mahir Emreli bir hissə oynadı, “Dinamo” xal itirdi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 19-cu tur çərçivəsində baş tutan “Slaven Belupo” ilə matçın iştirakçısı olub.

“Dinamo” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 1:1. Mahir Emreli bu görüşün 46-cı dəqiqəsində meydana buraxılıb.

Son Xorvatiya çempionu olan “Dinamo” 20 turdan sonra 46 xalla zirvədə qərarlaşıb. Zaqreblilərin ehtiyatda təxirə salınmış bir oyunu da var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: