Avropa Liqasında Almaniya və İtaliya klubları üçün uğurlu gecə

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, bu mərhələnin ilk oyunlarının hamısı eyni gündə baş tutub.

Türkiyənin bu turnirdə yeganə təmsilçisi olan “Fənərbaxça” İspaniyada “Sevilya” ilə münasibətlərinə aydınlıq gətirib. İstanbul təmsilçisi səfərdə iki cavabsız qolla məğlub olub.

İngiltərə təmsilçilərindən “Arsenal” Portuqaliyada “Sportinq”in qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. İngiltərənin digər təmsilçisi “Mançester Yunayted” isə evdə İspaniya “Betis”ini sınağa çəkib. “Qırmızı şeytanlar” ilk oyunda darmadağına seviniblər.

“Roma” İtaliyada İspaniya “Real Sosyedad”ı, “Yuventus” da Almaniya “Frayburq”u ilə qarşılaşıb. Hər iki oyunda sevinən tərəf İtaliya təmsilçiləri olub.

Donetsk “Şaxtyor” (Ukrayna) Niderland “Feyenoord”u ilə ilk oyunda qələbəni əldən verib. Altı qolun qeydə alındığı “Union Berlin” – “Yunion” matçında da qalib müəyyənləşməyib. Almaniyanın daha bir təmsilçisi “Bayer” isə bu mövsüm Azərbaycan çempionu “Qarabağ”la da qarşılaşmış Macarıstan “Ferentsvaroş”unu 2 cavabsız qolla yenib.

Xatırladaq ki, Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları martın 16-da keçiriləcək.

Avropa Liqası
1/8 finalın ilk oyunları
9 mart

Union Berlin (Almaniya) – Yunion (Belçika) 3:3
Qol: Yuranoviç, 42. Knoxe, 69. Miçel, 89 – Bonifase, 28; 72. Vertessen, 58.

Bayer (Almaniya) – Ferentsvaroş (Macarıstan) 2:0
Qol: K.Demirbay, 10. Tapsoba, 86.

Sportinq (Portuqaliya) – Arsenal (İngiltərə) 2:2
Qol: İnasio, 34. Paulinyo, 55 – Saliba, 22. Morita, 62-öz qapısına.

Roma (İtaliya) – Real Sosyedad (İspaniya) 2:0
Qol: El Şaaravi, 13. Kumbulla, 87.

Sevilya (İspaniya) – Fənərbaxça (Türkiyə) 2:0
Qol: Cordan, 56. Lamela, 85.

Yuventus (İtaliya) – Frayburq (Almaniya) 1:0
Qol: Di Mariya, 53.

Mançester Yunayted (İngiltərə) – Betis (İspaniya) 4:1
Qol: Raşford, 6. Antoni, 52. B.Fernandes, 58. Veqhorst, 84 – A.Peres, 32.

Şaxtyor (Donetsk, Ukrayna) – Feyenoord (Niderland) 1:1
Qol: Rakitski, 79 – Bullaude, 88.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: