Ozan Can “Ayaks”a qarşı 89 dəqiqə oynadı, 5 qola sevindi

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Niderland Birinci Divizionunun 28-ci turu çərçivəsində keçirilmiş “Ayaks”ın ikinci komandası ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 5:1 hesablı qələbə ilə tərk edib.

Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş millimizin futbolçusu bu dəfə fərqlənə bilməyib.

Ardıcıl beş matçdan məğlubiyyətdən sonra ikinci qələbəsini qazanan “Eyndhoven” cari mövsümdə keçirdiyi 28 oyunda 45 xal toplayıb. Sözügedən komanda hazırda 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında məhz “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: