Eldar Zülfüqarov Türkiyə və İtaliya klublarının oyununa təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıb. Arena.az xəbər verir ki, təcrübəli referi qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin oyununda ədaləti qoruyacaq.

Azərbaycanlı hakim 1/4 final çərçivəsində “Vakifbank” (Türkiyə) ilə “Vero Volley” (İtaliya) komandaları arasında keçiriləcək matçı idarə edəcək. Eldar Zülfüqarov bu görüşə ikinci hakim olaraq təyinat alıb. Qarşılaşmanın birinci hakimi funksiyasını isə serbiyalı Mirko Yankovic yerinə yetirəcək.

Xatırladaq ki, “Vakifbank” – “Vero Volley” matçı martın 15-də keçiriləcək. Qarşılaşma İstanbuldakı “Vakifbank Sport Salonu”nda təşkil olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: