Martın 28-dən 30-dək gənclər, aprelin 1-dən 4-nə qədər isə yeniyetmələr arasında güləş üzrə Azərbaycan çempionatı keçiriləcək. Arena.az xəbər verir ki, ölkə birinciliyinə növbəti dəfə Bakı İdman Sarayı ev sahibliyi edəcək.
Bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytı məlumat yayıb. AGF-nin Gənclər İdman Nazirliyi ilə ortaq təşkilatçılığıyla baş tutacaq çempionatı beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edəcək.
Azərbaycan çempionatı yeddi gün davam edəcək. Yarışlarda medal qazanacaq idmançılar sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımıza cəlb ediləcək.
Görüşlər hər gün saat 10:30-da başlayacaq. U-20 (gənclər) Azərbaycan çempionatının açılış mərasimi martın 28-də, U-17 (yeniyetmələr) Azərbaycan çempionatının analoji tədbiri isə aprelin 1-də keçiriləcək. Hər iki açılış mərasimi 16:00-da başlayacaq. Arenaya giriş sərbəstdir.


