Liqa 1: Marsel “Olimpik”i “Monpelye” ilə bacarmadı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 29-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda Marsel “Olimpik”i doğma meydanda “Monpelye” ilə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

29-cu turun qalan qarşılaşmaları şənbə və bazar günlərində baş tutacaq.

Fransa, Liqa 1
29-cu tur
31 mart

Olimpik (Marsel) – Monpelye 1:1
Qol: Genduzi, 44-pen – Nordin, 12.

1 aprel

19:00. Oser – Trua
23:00. Renn – Lans

2 aprel

15:00. Lill – Loryan
17:00. Anje – Nitsa
17:00. Brest – Tuluza
17:00. Klermon – Ayaçço
17:00. Nant – Reyms
19:05. Monako – Strasburq
22:45. PSJ – Olimpik (Lion)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: