Liqa 1: PSJ Lion “Olimpik”inə də uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 29-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha yeddi qarşılaşma baş tutub.

“Anje” – “Nitsa” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Lill” doğma meydanda “Loryan”ı, “Brest” isə “Tuluza”ı eyni hesabla (3:1) üstələyib. “Klermon” da “Ayaçço”nu məğlub yola salıb. “Nant” doğma meydanda “Reyms”ə 3 cavabsız qolla uduzub. Yeddi qolun qeydə alındığı “Monako” – “Strasburq” görüşü meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb. Lider PSJ isə evdə Lion “Olimpik”inə məğlub olub.

Beləliklə, 29 turdan sonra 66 xalı olan PSJ son iki oyundakı məğlubiyyətə baxmayaraq, hələ də vahid liderdir. “Lans” və Marsel “Olimpik”i 60 xalla 2-3-cü pillələri bölüşdürürlər. “Monako”nun 57, “Lill”in 52, “Renn”in 50, “Reyms”in 46, “Nitsa”nın 45, “Loryan”la Lion “Olimpik”inin 44 xalı var.

Fransa, Liqa 1
29-cu tur
31 mart

Olimpik (Marsel) – Monpelye 1:1
Qol: Genduzi, 44-pen – Nordin, 12.

1 aprel

Oser – Trua 1:0
Qol: Nianq, 73.

Renn – Lans 0:1
Qol: Openda, 31.

2 aprel

Lill – Loryan 3:1
Qol: Kabelya, 13. Jeqrova, 89; 90+1 – Kone, 77.

Anje – Nitsa 1:1
Qol: Niane, 15 – Moffi, 4.

Brest – Tuluza 3:1
Qol: Munye, 33. Duaron, 63. Kamara, 84 – Dallinqa, 10.

Klermon – Ayaçço 2:1
Qol: Kyei, 60-pen; 90+2-pen – Əl İdrissi, 25.

Nant – Reyms 0:3
Qol: Flips, 38; 39. Munetsi, 58.

Monako – Strasburq 4:3
Qol: Vanderson, 19. Seqir, 54. Diop, 58. Fofana, 65 – Motiba, 32. Maripan, 41. Diallo, 90+2.

PSJ – Olimpik (Lion) 0:1
Qol: Barkola, 56.

Xəbəri sosial şəbəkələrdə paylaş: