Birkir Byarnason Türkiyə klubunu “Vikinq”ə dəyişdi

Futbol üzrə İslandiya milli komandasının mərkəz yarımmüdafiəçisi Birkir Byarnason Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu Super Liqa təmsilçisindən azad agent kimi ayrılaraq Norveçin “Vikinq” komandasına keçib.

Bu barədə onun yeni klubu məlumat yayıb. Təcrübəli futbolçu ilə müqavilə 2023-cü ilin 31 dekabrına kimi nəzərdə tutulub.

Xatırladaq ki, Birkir Byarnason 2021-ci ilin avqust ayından “Adana Dəmirspor”da forma geyinirdi. O, Adana klubunun heyətində meydana çıxdığı 45 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Byarnason peşəkar karyerasına məhz “Vikinq”də başlayıb. O, 2006-2011-ci illər aralığında formasını geyindiyi Norveç klubunda 105 oyuna 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. İndi o, karyerasının sonunu da məhz bu komandada keçirməyə qərar verib.

Yarımmüdafiəçi karyerası ərzində “Bodo Qlimt”, “Standard” (Lyej), “Peskara”, “Sampdoriya”, “Bazel”, “Aston Villa”, “Əl-Ərəbi”, “Breşiya” kimi klubların da formasını geyinib. İslaniya yığmasında 113 oyun keçirmiş futbolçu 15 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: