Liqa 1: “Lans” “Strasburq”u məğlub yola saldı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/23 mövsümünün 30-cu turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Lans” doğma meydanda “Strasburq”la qarşılaşıb. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar.

30-cu turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
30-cu tur
7 aprel

Lans – Strasburq 2:1
Qol: Frankovski, 11. Medina, 65 – Qameyro, 84.

8 aprel

19:00. Anje – Lill
23:00. Nitsa – PSJ

9 aprel

15:00. Olimpik (Lion) – Renn
17:00. Ayaçço – Oser
17:00. Monpelye – Tuluza
17:00. Reyms – Brest
17:00. Trua – Klermon
19:05. Nant – Monako
22:45. Loryan – Olimpik (Marsel)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: