Qadın cüdoçulardan ibarət Azərbaycan millisi Yaponiyada

Cüdo üzrə qadınlardan ibarət Azərbaycan millisi aprelin 5-dən etibarən Yaponiyada beynəlxalq təlim düşərgəsində iştirak edir. Arena.az xəbər verir ki, hazırlıq prosesi aprelin 22-nə qədər davam edəcək.

Təlim-məşq prosesinə Azərbaycanın cüdo üzrə qadınlardan ibarət yığmasının 6 üzvü qatılıb. Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.

Təlim-məşq toplanışı 7-13 may tarixlərində Qətərin paytaxtı Dohada baş tutacaq böyüklər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaş: