Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 30-cu turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Anje” doğma meydanda “Lill”i tək qolla məğlub edib. Lider PSJ isə səərdə “Nitsa” ilə qarşılaşıb. Bundan əvvəlki iki turda xalsız qalmış Paris təmsilçisi bu oyunda uğursuz gedişata inamlı qələbə ilə son qoyub.
30-cu turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
30-cu tur
7 aprel
Lans – Strasburq 2:1
Qol: Frankovski, 11. Medina, 65 – Qameyro, 84.
8 aprel
Anje – Lill 1:0
Qol: Şabanoviç, 84.
Nitsa – PSJ 0:2
Qol: Messi, 26. S.Ramos, 76.
9 aprel
15:00. Olimpik (Lion) – Renn
17:00. Ayaçço – Oser
17:00. Monpelye – Tuluza
17:00. Reyms – Brest
17:00. Trua – Klermon
19:05. Nant – Monako
22:45. Loryan – Olimpik (Marsel)


