Liqa 1: “Monako” və Marsel “Olimpik”i büdrədi, Lion “Olimpik”i…

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 30-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha yeddi qarşılaşma baş tutub.

“Loryan”la Marsel “Olimpik”i arasındakı oyunda qapılara qol vurulmayıb. Məhsuldar alınan “Reyms” – “Brest” və “Nant” – “Monako” matçlarında da qalib müəyyənləşməyib.

Lion “Olimpik”i “Renn”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Ayaçço” doğma meydanda “Oser”ə, “Monpelye” “Tuluza”ya, “Trua” isə “Klermon”a məğlub olub.

Beləliklə, Liqa 1-də 30 turdan sonra 69 xala malik PSJ vahid liderdir. “Lans” 63 xalla ikinci, Marsel “Olimpik”i 61 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” 58, “Lill” 52, “Renn” 50, Lion “Olimpik”i və “Reyms” 47, “Nitsa” ilə “Loryan” 45, “Klermon” 40 xal toplayıb.

Fransa, Liqa 1
30-cu tur
7 aprel

Lans – Strasburq 2:1
Qol: Frankovski, 11. Medina, 65 – Qameyro, 84.

8 aprel

Anje – Lill 1:0
Qol: Şabanoviç, 84.

Nitsa – PSJ 0:2
Qol: Messi, 26. S.Ramos, 76.

9 aprel

Olimpik (Lion) – Renn 3:1
Qol: Tolisso, 60. Lakazette, 68. Barkola, 79 – Quiri, 11.

Ayaçço – Oser 0:3
Qol: Ture, 3. Da Kosta, 6. Alfonse, 45+1-öz qapısına.

Monpelye – Tuluza 1:2
Qol: Vahi, 88 – Dallinqa, 31. Çaibi, 85.

Reyms – Brest 1:1
Qol: Baloqun, 90+1 – Melu, 6.

Trua – Klermon 0:2
Qol: Çam, 27. Qastyen, 30.

Nant – Monako 2:2
Qol: M.Məhəmməd, 65. Blas, 78 – Disasi, 21. Matazo, 30.

Loryan – Olimpik (Marsel) 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: