Emil Mustafayev üçün “Odessa” ilə matçda 45 dəqiqə və 1 xal

Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 20-ci turu çərçivəsində baş tutan Çernomorets “Odessa”sı ilə oyunun iştirakçısı olub.

Sözügedən kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.

Emil Mustafayev bu görüşə start heyətdə başlayıb. O, fasilədə əvəzlənib.

“Aleksandriya” bu mövsüm keçirdiyi 19 oyunda 32 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Mustafayev isə cari mövsümdə meydana çıxdığı 8 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: