Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlandı

Cüdo üzrə Azərbaycan millisinin 15-16 apreldə Polşanın Poznan şəhərində gənclər arasında keçiriləcək Avropa kuboku üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, Azərbaycan bu yarışda 20 cüdo çüdoçu ilə təmsil olunacaq. Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yığmamızın heyətində Polşaya 12 çəki dərəsi üzrə 15 oğlan və 5 qız cüdoçu yollanacaq. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və millinin məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcəklər. Gənc qızlardan ibarət yığmaya isə məşqçi Vüqar Hüseynov başçılıq edəcək.

Azərbaycan millisinin üzvləri Avropa kubokundan sonra birbaşa Bakıya qayıtmayacaq. Belə ki, cüdoçularımız 17-19 aprel aralığında Poznanda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına da qatılacaqlar.

Avropa kubokunda bütövlükdə 25 ölkədən 452 idmançı iştirak edəcək.

Qızlar

-48 kq
Leyla Dəmirova

-52 kq
Zeynəb Məmmədova

-57 kq
Lətifə Abbasova

-78 kq
Nərmin Əmirli

+78 kq
Nigar Süleymanova

Oğlanlar

-60 kq
Nizami İmranov
Nurlan Kərimli
Murad Muradlı
Nicat Nağıyev

-66 kq
Nicat Nağıyev
Samir Piriyev
Aydın Rzayev

-73 kq
Qadir Hüseynov
Süleyman Əliyev

-81 kq
Ömər Rəcəbli
Əli Hacızadə

-90 kq
İsmayıl Zamanov
Əjdər Bağırov

-100 kq
Tamerlan Cabbarov

+100 kq
Kənan Nəsibov

Xəbəri sosial şəbəkələrdə paylaş: