Basketbol Liqası: “Zirvə Astara”dan süpriz qələbə

Bu gün “Sərhədçi” İdman Mərkəzində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasının 25-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, turun qapanış oyununda “Zirvə” (Astara) “Sərhədçi” komandası ilə üz-üzə gəlib.

Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən Astara təmsilçisi yekunda 103:93 hesablı sürpriz qələbəyə sevinib. Bu məğlubiyyət ilə “Sərhədçi” pley-off zonasından uzaqlaşıb.

Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Ruşard Kruikşenk olub – 22 xal, 8 asist. “Sərhədçi”də isə Maykl Diqqins diqqət mərkəzinə düşüb – 34 xal, 11 ribaund.

Xatırladaq ki, turun ilk oyununda “Sabah” “Gəncə”yə 87:84 hesabı ilə qalib gəlib. “Neftçi” “Olimpik Şəki” ilə səfər oyunundan 112:78 hesablı qələbə ilə ayrılıb. Çempionatın lideri NTD də “AAAF Xırdalan”la oyunda 102:95 hesablı qələbəyə sevinib.

Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

1. NTD (25 oyun, 19 qələbə, 6 məğlubiyyət) – 44 xal

2. Sabah (25 oyun, 18 qələbə, 7 məğlubiyyət) – 43 xal

3. Gəncə (25 oyun, 17 qələbə, 8 məğlubiyyət) – 42 xal

4. AAAF Xırdalan (25 oyun, 16 qələbə, 9 məğlubiyyət) – 41 xal

5. Sərhədçi (25 oyun, 14 qələbə, 11 məğlubiyyət) – 39 xal

6. Neftçi İK (25 oyun, 9 qələbə, 16 məğlubiyyət) – 34 xal

7. Zirvə (25 oyun, 5 qələbə, 20 məğlubiyyət) – 32 xal

8. Olimpik (25 oyun, 2 qələbə, 23 məğlubiyyət) – 27 xal

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: