Basketbol Liqası: “Gəncə” ilk dördlükdəki yerini təmin etdi

Bu gün “Sərhədçi” İdman Mərkəzində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasının 26-cı turuna start verilib. Arena.az xəbər verir ki, turun ilk oyununda “Neftçi” və “Gəncə” komandaları üz-üzə gəliblər.

Gərgin keçən oyunda gəncəlilərin əsas oyunçularından sayılan Cared Smol son saniyə üçlüyü ilə komandasına 87:86 hesablı qələbə qazandırıb. Bu qələbə ilə “Gəncə” ilk dördlükdəki yerini təmin edib.

Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Kollin Törner olub – 24 xal, 9 assist. “Neftçi”də isə Mohsen Moradxani diqqət mərkəzinə düşüb – 23 xal, 8 ribaund.

Turun digər oyunları (“Sabah” – NTD, “AAAF Xırdalan” – “Sərhədçi”, “Zirvə Astara” – “Olimpik Şəki”) 15 və 16 apreldə baş tutacaq.

Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

1. NTD (25 oyun, 19 qələbə, 6 məğlubiyyət) – 44 xal

2. Gəncə (26 oyun, 18 qələbə, 8 məğlubiyyət) – 44 xal

3. Sabah (25 oyun, 18 qələbə, 7 məğlubiyyət) – 43 xal

4. AAAF Xırdalan (25 oyun, 16 qələbə, 9 məğlubiyyət) – 41 xal

5. Sərhədçi (25 oyun, 14 qələbə, 11 məğlubiyyət) – 39 xal

6. Neftçi İK (26 oyun, 9 qələbə, 17 məğlubiyyət) – 35 xal

7. Zirvə (25 oyun, 5 qələbə, 20 məğlubiyyət) – 32 xal

8. Olimpik (25 oyun, 2 qələbə, 23 məğlubiyyət) – 27 xal

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: