Basketbol Liqası: “Gəncə” pley-off seriyasına darmadağınla başladı

Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində növbəti yarımfinal oyunu baş tutub. Arena.az xəbər verir ki, ikinci yarımfinal seriyasının ilk görüşü NTD və “Gəncə” komandaları arasında keçirilib.

Oyuna “Gəncə” basketbolçuları sürətli başlayıblar. Əyalət komandası yekunda 101:73 hesablı qələbə qazanıb. Bu qələbə ilə “Gəncə” seriyada 1:0 önə keçib.

Qalib komandanın ən məhsuldar basketbolçusu Ceylen Qeddi olub – 34 xal, 7 ribaund. NTD-də isə Brayson Robinson fərqlənib – 14 xal, 6 ribaund.

Yarımfinal seriyasının ikinci oyunu mayın 10-da Gəncədə baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında yarımfinal seriyasının digər ilk görüşü “Sabah” və “AAAF Xırdalan” komandaları arasında olmuşdu. Həmin oyunda da “Sabah” basketbolçuları yekunda 86:71 hesablı qələbə qazanmışdılar. Bu komandaların iki qarşılaşması isə mayın 9-da baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: