Gənc qızlardan ibarət cüdo yığmamız üçün Kaunas sınağı

Bu gün Litvanın Kaunas şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna start veriləcək. Arena.az xəbər verir ki, turnirdə 16 ölkədən 190 idmançı iştirak edəcək.

Cüdo üzrə gənc qızlardan ibarət Azərbaycan yığması da bu yarışda mübarizə aparacaq. Azərbaycan 6 çəki dərəcəsində 7 qız cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımıza gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

Qeyd edək ki, iki gün davam edəcək gənclər arasında Avropa kuboku sabah yekunlaşacaq.

Sonda yığmamızı bu turnirdə təmsil edəcək cüdoçuların siyahısını təqdim edirik:

-48 kq
Leyla Dəmirova

-52 kq
Rita Əliyeva

-57 kq
Gülnarə Bayramova
Nuray Quliyeva

-70 kq
Pərvanə Abdullayeva

-78 kq
Nərmin Əmirli

+78 kq
Nigar Süleymanova

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: