Cüdo üzrə Azərbaycan millisi üçün Linz sınağı

Cüdo üzrə Azərbaycan millisi mayın 25-dən 27-nə qədər Avstriyanın Linz şəhərində keçiriləcək qran-pri turnirində iştirak edəcək. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, üç gün davam edəcək turnirdə dünyanın 72 ölkəsindən 455 idmançı iştirak edəcək. Azərbaycan millisi bu turnirə 12 cüdoçu ilə qatılacaq. Mötəbər yarışda qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov bu cüdoçuları sınaqdan keçirəcək:

-48 kq
Leyla Əliyeva
Şəfəq Həmidova

-52 kq
Gültac Məmmədəliyeva

-57 kq
Fidan Əlizadə

Böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Elçin İsmayılov, böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında yarışacaq kişi cüdoçularımız isə bunlardır:

-60 kq
Nazir Talıbov
Əhməd Yusifov

-66 kq
Kamran Süleymanov

-73 kq
Rəşad Məmmədəliyev
Nurlan Osmanov

-81 kq
Zelim Tçkayev

-90 kq
Murad Fətiyev
Elcan Hacıyev

Xəbəri sosial şəbəkələrdə paylaş: