Portuqaliyanın Koimbra şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
Arena.az xəbər verir ki, iki gün (27-28 may) davam edəcək turnirdə 27 ölkədən 492 idmançı iştirak edəcək.
Azərbaycan yarışda 3 çəki dərəsində 7 cüdoçu ilə təmsil olunacaq.
Azərbaycan yığmasına cüdo üzrə yeniyetmələrdən ibarət milli komandanın məşqçisi Emin İskəndərov rəhbərlik edəcək.
-50 kq
Bahadır Feyzullayev
Nihad Məmişov
-55 kq
Həsən Həsənli
Murad Fətullayev
-60 kq
Fərid Qasımzadə
Nicat Süleymanov
Ayxan Mirzəzadə


