Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu – 38-ci turun sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Beşiktaş” – “Konyaspor” matçında qalib müəyyənləşməyib. Qonaqların heyətində ikinci hissədə meydana çıxan azərbaycanlı futbolçu Mahir Emreli heç-heçədə 1 qolla pay sahibi olub.
“Girəsunspor” “Antalyaspor”u, “İstanbulspor” isə “Ümraniyəspor”u məğlub yola salıb. Üç qolun qeydə alındığı “Ankaragücü” – “Adana Dəmirspor” matçında da qonaqlar qələbə qazanıblar.
Beləliklə, 2022/2023 mövsümü 88 xal toplamış “Qalatasaray”ın çempionluğu ilə yekunlaşıb. “Sarı-qırmızılar” növbəti mövsüm Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edəcəklər.
“Fənərbaxça” 80 xalla ikinci, “Beşiktaş” 78 xalla üçüncü yeri tutub. Bu iki İstanbul klubu isə Avropa Liqasında mübarizə aparacaqlar.
40 xalla 16-cı yeri tutan “Girəsunspor” və 30 xalla 17-ci olan “Ümraniyəspor” Super Liqanı tərk ediblər. Zəlzələdən sonra mövsümü yarıda saxlamış “Qaziantep” və “Hatayspor” 18 və 19-cu yerləri tutsalar da, onlar növbəti mövsüm yenə elitada çıxış edəcəklər.
Türkiyə, Super Liqa
38-ci tur
6 iyun
Fatih Karagümrük – Kasımpaşa 3:0
Qol: Lobjanidze, 14. Diaqne, 67; 82.
Sivasspor – Kayserispor 1:1
Qol: C.Osmanpaşa, 10 – Uzodimma, 18.
Başakşəhər – Trabzonspor 3:1
Qol: D.Türüç, 34. E.Elmalı, 48-öz qapısına. Lima, 79 – Vişça, 62.
7 iyun
Ankaragücü – Adana Dəmirspor 1:2
Qol: Milson, 82 – Belhanda, 31. E.Akbaba, 57.
Beşiktaş – Konyaspor 3:3
Qol: J.Fernandes, 6. Muleka, 41. T.Bingöl, 62 – O.Ülgün, 45+2. M.Emreli, 47. Posuelo, 51.
Girəsunspor – Antalyaspor 2:0
Qol: Bayiç, 17-pen. Saynts, 59.
İstanbulspor – Ümraniyəspor 4:0
Qol: J.Topallı, 45. Roka, 61. M.Sarıkaya, 90+4. Eze, 90+7.



