AFFA İcraiyyə Komitəsi yenidən yığışır: Növbəti mövsümə görə

İyunun 16-da “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, saat 11:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

  1. 2023/2024 mövsümündə Birinci Divizionda çıxış edəcək komandaların siyahısının təsdiqi
  2. İkinci Divizionun təsis olunması, turnirdə iştirak edəcək komandaların siyahısının müzakirəsi
  3. Lisenziyalaşdırma qaydaları ilə bağlı müvafiq əlavə və dəyişikliklər
  4. Premyer Liqa və Azərbaycan Kuboku uğrunda yarışın oyunlarının yayım hüququnun klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı vasitəsilə tənzimlənməsi
  5. Premyer Liqada əvəzetmə sayı və legioner rüsumunun müzakirəsi
  6. Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat
  7. Digər məsələlər
Xəbəri sosial şəbəkələrdə paylaş: