“Böyük Dəbilqə”: Cüdo millimiz Astanaya 17 idmançı ilə yollandı

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən növbəti “Böyük Dəbilqə” turniri Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.

Arena.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 42 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

İyunun 16-da start götürəcək və 18-də yekunlaşacaq bu “Böyük Dəbilqə”də Azərbaycan milli komandası 9 çəki dərəsində 13 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.

Cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcəklər.

Kişilər

-60 kq
Kənan İsmayılov
Nazir Talıbov

-66 kq
Kəramət Hüseynov
Kamran Süleymanov

-73 kq
Telman Vəliyev
Rəşid Məmmədəliyev

-81 kq
Məhərrəm İmamverdiyev
Zelim Tçkayev

-90 kq
Vüqar Talıbov
Elcan Hacıyev

-100 kq
Aslan Mirzəyev

+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov

Qadınlar

-48 kq
Leyla Əliyeva
Ramilə Əliyeva

-52 kq
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva

Xəbəri sosial şəbəkələrdə paylaş: