ÇL: “Qarabağ” bu beş klubdan birinə rəqib olacaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsindəki potensial rəqib sayı 5-ə enib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında ÇL-in 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbirə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək. Püşkatmada mərhələnin 15 cütü müəyyənləşəcək.

Püşkatmadan bir neçə saat öncə qitə futbol qurumu iştirakçı komandaları 3 qrupa bölüb. Püşkatma zamanı “səpələnmişlər” səbətində yer alacaq Ağdam klubunun potensial rəqiblərinin siyahısı da qısalıb. Azərbaycan çempionunun rəqibi “səpələnməmişlər” səbətində yer alan aşağıdakı komandalardan biri olacaq:

“Linkoln” (Cəbəllütariq), “Rakuv” (Polşa), “Valmiera” (Latviya), “Larne” (Şimali İrlandiya), “Svift” (Lüksemburq).

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 11/12 iyul və 18/19 iyulda keçiriləcək. “Qarabağ” bu mərhələni keçəcəyi halda – 2-ci mərhələdə də “səpələnmişlər” səbətində yer alacaq.

UEFA Çempionlar Liqası

İlkin mərhələ

“Atletik” (Andorra) – “Buduçnost” (Monteneqro
“Tre Penne” (San-Marino) – “Breydablik” (İslandiya)

Birinci təsnifat mərhələsi

1-ci qrup

Səpələnmişlər
“Ferentsvaroş” (Macarıstan)
“Ludoqorets” (Bolqarıstan)
“Jalgiris” (Litva)
“Şemrok Rovers” (İrlandiya)
TNS (Uels)

Səpələnməmişlər
“Klaksvik” (Farer adaları)
İlkin mərhələnin qalibi
“Hakken” (İsveç)
“Balkani” (Kosovo)
“Struqa” (Şimali Makedoniya)

2-ci qrup

Səpələnmişlər
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
HJK (Finlandiya)
“Flora” (Estoniya)
“Olimpiya” (Sloveniya)

Səpələnməmişlər
“Linkoln” (Cəbəllütariq)
“Rakuv” (Polşa)
“Valmiera” (Latviya)
“Larne” (Şimali İrlandiya)
“Svift” (Lüksemburq)

3-cü qrup

Səpələnmişlər
“Şerif” (Moldova)
BATE (Belarus)
“Astana” (Qazaxıstan)
“Makkabi” (Hayfa, İsrail)
“Zrinski” (Bosniya və Herseqovina)

Səpələnməmişlər
“Dinamo” (Tiflis, Gürcüstan)
“Partizani” (Albaniya)
“Farul” (Rumıniya)
“Urartu” (Ermənistan)
“Hamrun Spartans” (Malta)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: