Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu Madrid “Atletiko”sunun yarımmüdafiəçi Saul Niqesi transfer etməyə çalışır.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən xəbər verir.
Mənbənin verdiyi məlumata görə, ərəblər “Atletiko” klubu ilə danışıqlar aparırlar. “Əl-Nəsr” nümayəndələrinin tamhüquqlu transferi razılaşdırmaq üçün mümkün bütün variantlara hazır olduğu deyilir.
2022/2023 mövsümündə Saul “Atletiko”nun heyətində 38 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə edib. O, komandası ilə La Liqanın “bürünc”ünü qazanıb.
“Transfermarkt” internet-portalı Saul Niqesi 10 milyon avro məbləğində qiymətləndirir.


