“Bayern” Frenki De Yonqu “Barselona”dan “oğurlamaq” istəyir

“Bayern” “Barselona”nın Niderlanddan olan 26 yaşlı mərkəz yarımmüdafiəçisi Frenki de Yonqu heyətinə qatmaq istəyir.

Arena.az bu barədə “Sky Sport Germany” nəşrinə istinadən xəbər verir.

Məlumatda Münhen klubunun De Yonqun vəziyyətini izlədiyi deyilir. İlkay Gündoğanın “Mançester Siti”dən Kataloniyaya keçidinin baş tutacağı halda, holland yarımmüdafiəçinin meydandakı mövqeyi zəifləyə bilər. “Bayern” bu fürsətdən yararlanmaq və De Yonqu transfer etmək istəyir.

“Bayern”in baş məşqçisi Tomas Tuxel, De Yonqun pərəstişkarıdır və bu barədə klub rəhbərliyinə məlumat verib.

“Ayaks” akademiyasının yetirməsi olan Frenki De Yonq 2019-cu ilin yayından “Barselona”da çıxış edir. O, 2022/2023 mövsümündə De Kataloniya təmsilçisinin heyətində 43 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı De Yonqu 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: