Yuri Syomin “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın İtaliya A Seriyasındakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Arena.az “RB Sport”a istinadən Syominin bu xüsusda fikirlərini diqqətinizə çatdırır.
“Kvaratsxeliyanın ötən mövsüm qazandığı bütün nailiyyətlər qanunauyğundur. O, bütün bunlara öz əməyi ilə layiqdir. Xviça böyük istedad və əsl peşəkardır. Elə-belə A Seriyasında mövsümün ən yaxşı oyunçusu olmurlar. Çempionluğu qazanan komanda ilə əla mövsüm keçirib.
Əlbəttə, onun sabit nəticə göstərməyə davam etməsi çətin olacaq, zira bu yaşda çox tez-tez tənəzzüllər baş verir.
Çətin olacaq, amma Xviça çox şeyə qadirdir, hələ bütün kartlarını açıqlamayıb. Onun öz səviyyəsindən aşağı düşməyəcəyinə əminəm. Ümid edək ki, növbəti mövsümdə o, daha parlaq çıxış edəcək”.
Xviça Kvaratsxeliya 2022-ci ilin yayında “Napoli’yə keçib.
2022/2023 mövsümündə Gürcüstan yığmasının 23 yaşı vingeri “Napoli”nin heyətində 43 keçirib. O, bu oyunlarda 14 qol vurub, 17 məhsuldar ötürmə verib, komandası ilə İtaliya çempionluğunu qazanmaqla yanaşı, A Seriyasının ən yaxşı oyunçusu seçilib və çempionatın ən gözəl qoluna imza atıb.
“Transfermarkt” internet-portalı Xviça Kvaratsxeliyanı 85 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, son olaraq “Rostov”a rəhbərlik etmiş Yuri Syomin uzun müddətdir işsizdir. 76 yaşlı rusiyalı mütəxəssis 2013/2014 mövsümündə “Qəbələ”ni də çalışdırıb.


