Mönhenlqadbax “Borussiya”sından azad agent kimi ayrılan Fransa yığmasının hücumçusu Markus Türam Milan “İnter”i ilə müqavilə imzalayıb.
Arena.az bu barədə Milan klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Almaniya klubu ilə müqaviləsinin müddəti ötən gün başa çatan Türam razılaşmanı yeniləməkdən imtina etmişdi. Mönhenqladbah təmsilçisini azad agent qismində tərk etmiş futbolçu İtaliya klubu ilə 5 illik müqaviləyə imza atıb.
25 yaşlı Türam son dörd mövsümü Mönhenqladbah “Borussiya”sında keçirib. O, bu komandanın heyətində 134 oyuna çıxıb, 44 qol vurub, 29 məhsuldar ötürmə verib.
Türam Fransa yığmasında 2020-ci ilin noyabrında debüt edib və 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.
Markus Türam məşhur fransalı müdafiəçi, DÇ-1998-in qalibi Lilian Türamın oğludur.
Yeri gəlmişkən, “İnter” yarımmüdafiəçisi Roberto Qalyardini ilə də yollarını ayırdığını açıqlayıb. İtaliyadan olan 29 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti ötən gün bitib. Klub onu heyətdə saxlamaq istəməyib.
Roberto Qalyardini 2017-ci ilin avqustundan “İnter”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 190 oyunda 16 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi daha öncə “Çezena”, “Viçentsa”, “Atalanta” və “Spetsiya”da da forma geyinib. O, İtaliya yığmasında da 7 oyun keçirib.
“İnter” gənc müdafiəçisi Andi Hotini də Avstriyanın “Maqdeburq” klubuna satıb. Milan təmsilçisi Kosovonun U-21 yığmasının üzvü olan 20 yaşlı futbolçunun satışından 250 min avro qazanıb. “İnter”ə 2020-ci ilin sentyabrında “Sürix”dən gəlmiş futbolçu bu klubun əsas komandasında debüt şansı qazanmayıb.


