U-23: Azərbaycan çempionatına yekun vuruldu

23 yaşa qədər kişilər və qadınlar arasında təşkil olunmuş cüdo üzrə U-23 Azərbaycan çempionatına bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi çempionata ötən gün start verilmişdi.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən və iki gün davam edən yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər müəyyənləşib. Ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 52 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 192 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışın ikinci günündə kişilər arasında -66 kq, -81 kq və -100 kq çəki dərəcələrində, qadınlar arasında isə -52 kq və -63 kq çəki dərəcələrində mükafatçılar bəlli olub.

Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə “Neftçi” İdman Klubu, 2-ci yerə “Atilla” İdman Klubu İdman Birliyi, 3-cü yerə isə “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi layiq görülüb. 22 komanda müxtəlif əyarlı medal qazanıb.

Çempionatın əsas məqsədi cəmiyyətdə sağlam həyat tərzinin formalaşması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.

Yarışın ikinci gününün qaliblərinin siyahısını təqdim edirik:

Kişilər

-66 kq

  1. Elşən Əsədov
  2. Samir Əzimli
  3. Hüseyn Manafov
  4. Eltac Yusifli

-81 kq

  1. Məmmədrza Hacızadə
  2. Xəyyam Əliyev
  3. Zaməddin Poladov
  4. Elcan Şəfiyev

-100 kq

  1. Ruslan Nəsirli
  2. Hüseyn Dadaşov
  3. Rohit Səlimov
  4. Rəsul Aydəmirov

Qadınlar

-52 kq

  1. Təranə Quliyeva
  2. Aynur Əfəndiyeva

-63 kq

  1. Leyla Atayeva
  2. Nigar Əlibəyli
  3. Xanımana Əhmədova
  4. Ləman Mustafazadə
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: