İngiltərənin “Arsenal” klubunun braziliyaəsilli italiyalı yarımmüdafiəçisi Jorginyo 35 metrdən avtoqola imza atıb.
Arena.az xəbər verir ki, əcaib hadisə “Arsenal”ın “Nürnberq”lə keçirdiyi yoldaşlıq oyununda (1:1) yaşanıb.
62-ci dəqiqədə “topçular”ın qapıçısı Karl Heyn öz cərimə meydançasından çıxaraq rəqibinin təzyiqi altında olan Jorginyoya ötürmə edib. Qapısından təxminən 35 metr aralıda olmasına rəğmən, qəfil ötürmədən karıxan yarımmüdafiəçi bir toxunuşla oynasa da, geriyə ötürmə uğursuz alınıb. Nəticədə top “Arsenal”ın qapısına yuvarlanıb, “topçular” qələbəni əldən veriblər.
Oyun həm də Kay Havertsin “Arsenal”da debütü ilə əlamətdar olub.
Həmin avtoqol məqamını diqqətinizə çatdırırıq.


