“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov yeni mövsümə hazırlıq çərçivəsində bu gün “Kəpəz”ə qarşı keçirdikləri yoxlama matçını şərh edib.
Arena.az xəbər verir ki, o, doğma meydanda üz-üzə gəldikləri bu rəqib üzərində 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
“Artıq 20 gündür ki, məşqlərə başlamışıq. Hazırlıq prosesi çərçivəsində ilk oyunumuz idi. Sevindirici haldır ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, futbolçular matça çox ciddi yanaşdılar. Söhbət nəticədən getmir. Əsas olan komandanın göstərdiyi futbol və meydandakı nizam-intizamdır. Futbolçuların məsuliyyətli olması bizi sevindirir. Ümumən komandamın çıxışından razı qaldım”.


