İtaliya çempionu “Napoli”nin sabiq baş məşqçisi Luçano Spaletti Səudiyyə Ərəbistanı çempionatında çalışmaqdan imtina edib.
Arena.az bu barədə jurnalist Santi Unaya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, italyan mütəxəssis Ciddənin “Əl-Əhli” klubunun səxavətli təklifini rədd edib.
Eyni zamanda “Yuventus”un yeni idman direktoru Kristiano Cuntolinin gələn mövsümdə “Qoca sinyora”nı çalışdırmağa ən gerçək namizəd qismində məhz Luçano Spallettini gördüyü vurğulanır.
Xatırladaq ki, 64 yaşlı Spalletti “Napoli”yə son 33 il ərzində ilk dəfə olaraq İtaliya çempionluğunu qazandırıb. Amma mövsümün bitməsilə Neapol klubunun rəhbərliyi ilə fikir ayırılığı nəticəsində Spalletti klubdan ayrılıb. O, bir il müddətində yaradıcı məzuniyyət götürdüyünü bəyan edib.


