Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi bu raunda vəsiqə qazana bilsə, “Aris” (Kipr) – BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.
Ağdam klubu növbəti raunddakı ilk matçını evdə keçirəcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
“Rakuv” (Polşa)/“Qarabağ” (Azərbaycan) cütünün qalibi – “Aris” (Kipr)/BATE (Belarus) cütünün qalibi
“Zrinski” (Bosniya və Herseqovina)/“Slovan” (Slovakiya) cütünün qalibi – “Şerif” (Moldova)/“Makkabi” (Hayfa, İsrail) cütünün qalibi
AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)/“Astana” (Qazaxıstan) cütünün qalibi
“Ludoqorets” (Bolqarıstan)/“Olimpiya” (Sloveniya) cütünün qalibi – “Jalgiris” (Litva)/“Qalatasaray” (Türkiyə) cütünün qalibi
“Breydablik” (İslandiya)/“Kopenhagen” (Danimarka) cütünün qalibi – “Sparta” (Praqa, Çexiya)
“Klaksvik” (Farer adaları)/“Haken” (İsveç) cütünün qalibi – HJK (Finlandiya)/“Molde” (Norveç) cütünün qalibi
Liqa yolu
“Braqa” (Portuqaliya) – TSÇ (Serbiya)
“Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə)/“Genk” (Belçika) cütünün qalibi
“Dnepr-1” (Ukrayna)/“Panatinaikos” (Yunanıstan) cütünün qalibi – “Olimpik” (Marsel, Fransa)
PSV (Niderland) – “Şturm Qraz” (Avstriya)
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda baş tutacaq.
“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa çempionu “Rakuv”la mübarizə aparacaq. İlk oyun iyulun 26-da Polşada keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 22:15-də start veriləcək. Cavab matçı isə avqustun 2-də Bakıda baş tutacaq. Bu oyun saat 20:00-da başlayacaq. Cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsinə yüksələcəksə, məğlub olan mübarizəni Avropa Liqasının 3-cü raundunda davam etdirəcək.


