Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının 2-ci raundunda Polşanın “Rakuv” komandasına uduzacağı təqdirdə, mübarizəni qitənin ikinci dərəcəli klub turnirində davam etdirəcək.
Qurban Qurbanovun komandası bu halda HJK (Finlandiya)/“Molde” (Norveç) cütünün məğlubu ilə görüşəcək. Azərbaycan çempionu ilk matçını evdə keçirəcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
“Jalgiris” (Litva)/“Qalatasaray” (Türkiyə) cütünün məğlubu – “Klaksvik” (Farer adaları)/“Haken” (İsveç) cütünün məğlubu
“Rakuv” (Polşa)/“Qarabağ” (Azərbaycan) cütünün məğlubu – HJK (Finlandiya)/“Molde” (Norveç) cütünün məğlubu
“Zrinski” (Bosniya və Herseqovina)/“Slovan” (Slovakiya) cütünün məğlubu – “Breydablik” (İslandiya)/“Kopenhagen” (Danimarka) cütünün məğlubu
“Şerif” (Moldova)/“Makkabi” (Hayfa, İsrail) cütünün məğlubu – “Aris” (Kipr)/BATE (Belarus) cütünün məğlubu
“Dinamo” (Zaqreb, Xorvatiya)/“Astana” (Qazaxıstan) cütünün məğlubu – “Ludoqorets” (Bolqarıstan)/“Olimpiya” (Sloveniya) cütünün məğlubu
Əsas yol
“Olimpiakos” (Yunanıstan) – “Servett” (İsveçrə)/“Genk” (Belçika) cütünün məğlubu
“Slaviya” (Praqa, Çexiya) – “Dnepr-1” (Ukrayna)/“Panatinaikos” (Yunanıstan) cütünün məğlubu
Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları 10, cavab görüşləri isə 17 avqustda baş tutacaq.
Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa çempionu “Rakuv”la mübarizə aparacaq. İlk oyun iyulun 26-da Polşada keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 22:15-də start veriləcək. Cavab matçı isə avqustun 2-də Bakıda baş tutacaq. Bu oyun saat 20:00-da başlayacaq. Cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsinə yüksələcəksə, məğlub olan mübarizəni Avropa Liqasının 3-cü raundunda davam etdirəcək. Məğlub olanı HJK (Finlandiya)/“Molde” (Norveç) cütü gözləyirsə, qalib tərəf ÇL-in 3-cü təsnifat mərhələsində “Aris” (Kipr) – BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.


