Avropa birinciliyi: Zidan Hümbətov 1/4 finalda

Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında təşkil olunmuş Avropa birinciliyi davam edir.

Arena.az xəbər verir ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin bir üzvü rinqdən qalib ayrılıb.

Startda Nikolos Şarabidzeni (Gürcüstan) mübarizədən kənarlaşdıran Zidan Hümbətov (48 kq) 1/8 finalda Maksim Çernelyadan (Moldova) da güclü olub. O, rəqibini 5:0 (30:26, 30:25, 30:25, 30:24, 30:26) hesabı ilə məğlub edib.

Boksçumuz 1/4 finalda Emal Hamdamla (İBAG) üz-üzə gələcək. Döyüş iyulun 27-də olacaq.

Avropa birinciliyinin 6-cı günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayacaq. Komandamız bu yarışa bütövlükdə 19 boksçu ilə yollanıb. Oğlan boksçuların mübarizəsində baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədovun rəhbərliyi altında bu idmançılarımıza şans verilib:

Bilalhəbəşi Nəzərov (46 kq)
Zidan Hümbətov (48 kq)
Sübhan Babayev (50 kq)
Eldar Abdullazadə (52 kq)
Elbrus Kərimli (54 kq)
Orucəli Cavadzadə (57 kq)
İbrahim Mirhəsən (60 kq)
Kənan Aslanlı (63 kq)
Abbasqulu Şadlinski (66 kq)
Əli Məmişov (70 kq)
Mircəlal Mirağayev (75 kq)
Hüseyn Hüseynli (80 kq)
İlkin Məmmədli (+80 kq)

Qız boksçulardan ibarət komandamız isə qitə birinciliyinə baş məşqçi Yadigar Məmmədov və məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında yollanıb:

Banuçiçək Nəsirli (46 kq)
Cəmilə Sultanlı (48 kq)
İnci Məcidli (50 kq)
Mələk Hümbətova (57 kq)
Özləm Həsənova (63 kq)
İlkanə Əhmədovaya (+80 kq)

Avropa birinciliyində ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdıyev də var.

Boksçularımız iyulun 31-də Bakıya qayıdacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: