Elbrus Kərimli Avropa birinciliyinin yarımfinalında

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisinin üzvü Elbrus Kərimli Rumıniyada keçirilən Avropa birinciliyində yarımfianala yüksəlib.

Arena.az xəbər verir ki, Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub.

Kərimli ardıcıl 3-cü döyüşünü qələbə ilə başa vuraraq yarımfinala çıxıb. 54 kq çəkidə mübarizə aparan boksçu 1/4 finalda Mirboran Yıldırımdan (Türkiyə) güclü olub. O, qardaş ölkə təmsilçisinə 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

Kərimli yarımfinal yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. Boksçumuz finala gedən yolda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gələcək.

Xatırladaq ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin yarımfinalında İlkanə Əhmədova (+80 kq) da mübarizə aparacaq. O, rumıniyalı Denisa Manu ilə döyüşəcək.

Komandamız bu yarışa bütövlükdə 19 boksçu ilə yollanıb. Oğlan boksçuların mübarizəsində baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədovun rəhbərliyi altında bu idmançılarımıza şans verilib:

Bilalhəbəşi Nəzərov (46 kq)
Zidan Hümbətov (48 kq)
Sübhan Babayev (50 kq)
Eldar Abdullazadə (52 kq)
Elbrus Kərimli (54 kq)
Orucəli Cavadzadə (57 kq)
İbrahim Mirhəsən (60 kq)
Kənan Aslanlı (63 kq)
Abbasqulu Şadlinski (66 kq)
Əli Məmişov (70 kq)
Mircəlal Mirağayev (75 kq)
Hüseyn Hüseynli (80 kq)
İlkin Məmmədli (+80 kq)

Qız boksçulardan ibarət komandamız isə qitə birinciliyinə baş məşqçi Yadigar Məmmədov və məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında yollanıb:

Banuçiçək Nəsirli (46 kq)
Cəmilə Sultanlı (48 kq)
İnci Məcidli (50 kq)
Mələk Hümbətova (57 kq)
Özləm Həsənova (63 kq)
İlkanə Əhmədovaya (+80 kq)

Avropa birinciliyində ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdıyev də var.

Boksçularımız iyulun 31-də Bakıya qayıdacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: